Fövqəladə hallar nazirinin iki müavini Şirvana gedib

Fövqəladə hallar nazirinin iki müavini Şirvana gedib
# 26 iyul 2016 15:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Şirvan şəhərində baş vermiş partlayışla bağlı Azərbaycan fövqəladə hallar nazirinin iki müavini hadisə yerinə ezam olunub.

APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavinləri, Faiq Tağızadə və Etibar Mirzəyev artıq hadisə yerindədirlər.

Baş vermiş hadisə ilə bağlı aparılan ilkin araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən ”Araz” zavodunda yanğınla müşayiət olunan partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR