Nikolay Bordyuja: "Dağlıq Qarabağda gərginlik səngimir"

Nikolay Bordyuja: "Dağlıq Qarabağda gərginlik səngimir"
# 28 aprel 2016 11:14 (UTC +04:00)

Məlahət Nəcəfova - APA. "Dağlıq Qarabağda silahlı qarşıdurma ilə bağlı gərginlik azalmır”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci Moskva Konfransında deyib.

“Dondurulmuş deyilən münaqişələrin eskalasiyası ehtimalı saxlanılır. Son vaxtlar isə vəziyyət daha da gərginləşib. Təəssüf ki, Dağlıq Qarabağda da silahlı qarşıdurma ilə bağlı gərginlik azalmır”, - deyə o çıxışında bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR