BDU-nun Jurnalistika fakültəsinin nəzdində Tədris-teleradio studiyasının açılışı olub

BDU-nun Jurnalistika fakültəsinin nəzdində Tədris-teleradio studiyasının açılışı olub
# 26 may 2016 12:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi olub.

APA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA) başqan yardımçısı Ali Maskan, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri iştirak edib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 1928-ci ildən jurnalist kadrları hazırlayan Jurnalistika fakültəsinin tarixində daha bir əlamətdar hadisə qeyd edilir, 1981-ci ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü və TİKA-nın dəstəyi nəticəsində əsaslı təmirdən sonra müəllim və tələbələrin ixtiyarına verilir. Rektor qeyd edib ki, studiyanın texniki imkanları genişlənib, əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov böyük ənənələrə, şərəfli tarixə malik Jurnalistika fakültəsinin studiyasının BDU-nun təşəbbüsü ilə yenidən qurulmasını yüksək dəyərləndirib və fakültə tələbələrini yaradılan imkanlardan istifadə etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR