Hüseyn Əlixanov: “Dələduzluq və tamah məqsədi ilə törədilən cinayətlərin sayı artıb”

Hüseyn Əlixanov: “Dələduzluq və tamah məqsədi ilə törədilən cinayətlərin sayı artıb”
# 04 may 2016 12:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Azərbaycanda son illərlə müqayisədə məhkumların sayı stabildir, amma bəzi cinayətlərin sayı artıb”.


APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib. O bildirib ki, ölkədə dələduzluq və tamah məqsədi ilə bağlı törədilən cinayətlərin sayı çoxalıb: “Bura tamah məqsədi ilə törədilən ölüm halları, quldurluq hadisələrini də əlavə etmək olar. Oğurluq və soyğunçuluq da bu siyahıya əlavə oluna bilər”.

H. Əlixanov əlavə edib ki, azyaşlılar arasında cinayət törədənlərin sayı isə digər ölkələrlə müqayisədə azdır: “Qadınlar arasında isə son bir ildə törədilən cinayətlərin sayı artıb. Burda da dələduzluq halları üstünlük təşkil etsə də, insan alveri ilə bağlı törədilən cinayətlərdə artım müşahidə olunur”.

Məhkumlar arasında vərəm və digər infeksion xəstəliklərin statistikasında son bir ildə azalma olduğuna deyən H. Əlixanov qeyd edib ki, son bir ildə vərəm xəstəliyindən ölən məhkumların sayı kifayət qədər azalıb: “Vərəmlə mübarizə sahəsində Azərbaycan səhiyyəsinin nümunəvi xidməti var. Bununla bağlı Azərbaycana həm Avropa, həm də MDB ölkələrindən təcrübə üçün gələnlər də az deyil. Yəni, bizdə sözügedən xəstəliyin tam müalicəsi mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR