Yaponiya Rusiya ilə ərazi mübahisələrinə dair danışıqları davam etdirəcəyini bəyan edib

Yaponiya Rusiya ilə ərazi mübahisələrinə dair danışıqları davam etdirəcəyini bəyan edib
# 01 may 2016 07:10 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın baş naziri Sindzo Abe Rusiya ilə ərazi mübahisəsinin həll etmək və sülh müqaviləsi bağlamaq istiqamətində danışıqları müntəzəm davam etdirmək niyyətində olduğunu bəyan edib.

APA-nın KİODO agentliyinə istinadən verdiyi məlumata görə, Yaponiyanın baş naziri Kuril adaları - İturup, Kunaşir, Şikotan və Xabomai ilə bağlı danışıqları davam etdirmək və sülh müqaviləsi bağlanmasına nail olmaqla bu problemi həll etmək istəyir.

Bu gün S. Abe G-7 ölkələrinə səfərə yola düşür. Mayın sonunda G7 ölkələrinin Yaponiyada sammiti keçiriləcək. Turne çərçivəsində Yaponiya baş naziri Rusiyaya qeyri-rəsmi səfərə gələcək. S. Abenin mayın 6-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR