Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olanlara müraciət edib. AMEA-dan APA-ya verilən xəbərə görə, akademiyanın magistraturasına qəbul olanlar iyunun 28-dən iyulun 11-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) müvafiq sənədləri təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər. Bu sənədlərə Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin adına ərizə, səxsiyyət vəsiqəsinin əsli və surəti, bakalvr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqında arayış təqdim etməlidirlər) daxildir.
Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.