Rezidentura təhsili ilə bağlı dəyirmi masa keçirilib

Rezidentura təhsili ilə bağlı dəyirmi masa keçirilib
# 18 may 2016 12:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilməsi İnstitutunda “Rezidentura təhsili, problemlər, nailiyyətlər və inkişaf prioritetləri” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən institutun direktoru, professor Nazim Qasımov bildirib ki, tibdə rezidentura təhsil pilləsi respublikada 2011-ci ildən fəaliyyət göstərir. Onun sözlərinə görə, ötən 5 il ərzində Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilməsi İnstitutunda 212 nəfər rezident təhsil alıb, onların 172 nəfəri hazırda təhsilini davam etdirir: “Son 3 ildə 40 həkim-rezident təhsilini başa vurub və həkim adını qazanıb. Rezidentura təhsilini beynəlxalq səviyyəyə yüksəldilməsi məqsədilə Səhiyyə Nazirliyinin dəstəyi və maddi yardımı ilə 50 rezidentimiz xarici ölkələrdə - Türkiyə, Almaniya, Belarus, Rusiyada rotasiyadan keçib. 92 rezidentimiz institutun təşkil etdiyi ingilis dili kurslarında iştirak edir. Bugünkü tədbirin məqsədi rezidentura təhsilində keçilən yolu təhlil etmək, nailiyyətlərlə yanaşı çatışmazlıqları aşkara çıxarmaq, problemlərin həlli yollarını araşdırmaq, təhsilin təkmilləşdirilməsi üçün tədbirlər planı işləyib hazırlamaq və yeni inkişaf prioritetlərini müəyyənləşdirməkdir”.

Sonra çıxış edən digər mütəxəssislər respublikada rezidentura təhsilinə dair qeyd edilən məsələlərin müxtəlif aspektlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR