“Azərişıq” ASC-nin nizamnamə kapitalı 885,6 mln. manata çatdırılıb

“Azərişıq” ASC-nin nizamnamə kapitalı 885,6 mln. manata çatdırılıb
# 26 fevral 2016 14:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərişıq” ASC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2015-ci il 14 may tarixli qərarında dəyişiklik edilib.

APA-nın məlumatına görə, dəyişiklik “Azərişıq” ASC-nin nizamnamə kapitalı ilə bağlıdır.

İndiyə qədər qüvvədə olan qərara əsasən ASC-nin nizamnamə kapitalı 623 mln. 533 min 532 manatdır. Onun səhmlərinin nominal dəyərindən təşkil olunub və nominal dəyəri 2 manat olan 311 mln. 766 min 766 ədəd sənədsiz adi adlı səhmdən ibarətdir. Dəyişikliyə əsasən “Azərişıq” ASC-nin nizamnamə kapitalı 885 mln. 633 min 532 manat, nominal dəyəri 2 manat olan 442 mln. 816 min 766 ədəd sənədsiz adi adlı səhmdən ibarət olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR