Bolqarıstan xarici işlər naziri Heydər Əliyevin məzarını ziyarət edib

Bolqarıstan xarici işlər naziri Heydər Əliyevin məzarını ziyarət edib
# 13 may 2016 10:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın xarici işlər naziri Daniel Mitov Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, D. Mitov həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anıb, məzarı üzərinə gül dəstələri düzüb.

Sonra Şəhidlər xiyabanına gələn nazir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR