Səfirlik: Fransada terror zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

Səfirlik: Fransada terror zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur
# 15 iyul 2016 14:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Azərbaycanın Fransadakı səfirliyi Fransanın müvafiq qurumları ilə əlaqədədir. Eyni zamanda, Nitsada yaşayan soydaşlarımızla əlaqə saxılayırıq. Bu vaxtadək ölən və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur”.

Bu barədə APA-ya Azərbaycanın Fransadakı səfirliyindən bildirilib. Səfirlikdən qeyd ediblər ki, Fransada yaşayan həmyerlilərimizə son dövrlərdə baş verən terror aktları ilə bağlı ehtiyatlı olmaq tövsiyəsi verilib.

Qeyd edək ki, dünən gecə saatlarında Nitsa şəhərində baş vermiş terror aktı zamanı 84 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR