Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarına həsr olunan mərasim keçirilib

Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarına həsr olunan mərasim keçirilib
# 06 may 2016 09:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarına həsr olunmuş mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri, VII Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev 25-27 aprel tarixində Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirin yüksək səviyyədə keçməsinin Təşkilat Komitəsinin, aidiyyəti qurumların, könüllü gənclərin birgə əməyinin nəticəsi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla bildirib ki, forumun ölkəmizin multikulturalizmə, mədəniyyətlərarası dialoqa nə qədər önəm verdiyini bir daha dünyaya nümayiş etdirib: "2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması bizim üçün BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini daha da artırmış oldu".

Sonra Əbülfəs Qarayev prezident İlham Əliyevin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb.

Forumun təşkilində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə mükafatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR