Azərbaycanda sağlamlığa qəsdən yüngül zərər vurma ilə bağlı cəzalar ağırlaşdırılıb

Azərbaycanda sağlamlığa qəsdən yüngül zərər vurma ilə bağlı cəzalar ağırlaşdırılıb
# 06 may 2016 11:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı cəzalar ağırlaşdırılıb.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma 500 manatdan 1000 manata qədər cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırda isə bu cəza 300 manata qədər cərimə və ya bir ilədək azadlıqdan məhrum etmədir.

Digər dəyişikliyə görə isə qəsdən sağlamlığa yüngül zərər vurma əməlini ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR