Bakıda "Qazel" və "Kamaz" toqquşub, 2 nəfər ölüb

Bakıda "Qazel" və "Kamaz" toqquşub, 2 nəfər ölüb
# 04 sentyabr 2016 07:21 (UTC +04:00)

Bakı-APA. Bakı şəhəri, Suraxanı rayonunda "Qazel" markalı yük avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Qazel" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:51-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR