Pakayin: “Qərb Xomeyninin təfəkkürü ilə mübarizə aparmaq üçün bəzi region ölkələri ilə birlikdə terrorçular yetişdirdi”

Pakayin: “Qərb Xomeyninin təfəkkürü ilə mübarizə aparmaq üçün bəzi region ölkələri ilə birlikdə terrorçular yetişdirdi”
# 02 iyun 2016 16:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Qərb dövlətləri İmam Xomeyninin təfəkkürü ilə mübarizə aparmaq üçün bəzi region ölkələri ilə birlikdə terrorçular yetişdirdi. “Əl Qaidə” və İŞİD kimi terror qruplaşmaları yaradıldı”.

APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran islam inqilabının rəhbəri İmam Xomeyninin ölümünün ildönümü ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Qərb ölkələrinin pulu və silahı ilə yaradılmış terrorçu dəstələr bu gün inkişaf edib, bölgəni təhlükə altına alırlarsa, bu, İmam Xomeyninin sülhpərvər dini siyasəti ilə mübarizə üçündür: “Bu gün Yəməndə dinc xalq xarici ölkələrin bombardmanı altında məhv olursa, Bəhreyndə insanlar normal seçkilərdən məhrum edilirsə, Suriya və İraqda terror təşkilatları insanlara divan tutursa, bunlar insanları zorakı islama yönəltmək, islamı dünyaya zorakı göstərmək cəhdidir. Bu gün Azərbaycanla İran arasında yüksək səviyyədə münasibətləri varsa, bu, İmam Xomeyninin qonşularla yaxşı münasibətlər qurulması ilə bağlı tövsiyələri əsasında baş verib. İranda seçki nə olduğunu bilməyən xalq inqilabdan sonra seçki vasitəsilə hakimiyyət qurdu və islam demokratiyası bərqərar oldu. Onun belə bir şüarı var idi ki, nə zülmü qəbul edirik, nə də zülm edirik. İmam Xomeyni nə Şərqi, nə də Qərbi qəbul etməyərək müstəqil siyasət yürütdü. İslam inqilabından qabaq ölkənin sərvətləri, xüsusən neft, xarici şirkətlər tərəfindən qarət olunur və ucuz qiymətə xaricə satılırdı. İmam Xomeyni millətçilik və irqçilikdən uzaq siyasət yürüdürdü”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR