Tehranda kişi özünü şəhərin mərkəzində piyada keçidindən asıb

Tehranda kişi özünü şəhərin mərkəzində piyada keçidindən asıb
# 30 aprel 2016 17:10 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran paytaxtı Tehranda 65 yaşlı kişi özünü şəhərin mərkəzində piyada keçidindən asıb.

APA-nın Tehran bürosunun məlumatına görə, həmin kişi bu gün axşam saatlarında keçidin qoruyucu dəmirlərinə bağladığı ipi boynuna keçirib və özünü aşağı atıb. Nəticədə o, ölüb. Hadisə yerinə gələn polis əməkdaşları keçiddən bir asılı qalmış meyiti oradan çıxarıblar və ekspertizaya göndəriblər.

İntihar edən şəxsin kimliyi və hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR