"Heydər zirvəsi”nə yürüşlər davam edir

"Heydər zirvəsi”nə yürüşlər davam edir
# 07 may 2016 11:50 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir. APA-nın məlumatına görə, bu günlərdə Şahdağ ərazisində qeyri-sabit hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları “Heydər zirvəsi”nə qalxaraq Heydər Əliyevin xatirəsini yad edir. Respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan olan ziyarətçilər aksiyada iştirak edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə 6 may tarixindən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR