“Yaşıllar” partiyasının sabiq lideri Avstriya prezidenti seçilib

“Yaşıllar” partiyasının sabiq lideri Avstriya prezidenti seçilib
# 23 may 2016 20:01 (UTC +04:00)

Bakı-APA. Müstəqil namizəd və “yaşıllar” partiyasının sabiq lideri Aleksander Van der Bellen Avstriyada keçirilən prezident seçkilərinin qalibi olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, səslərin 50,3%-i toplayan A. Van der Bellen sağçı “Avstriya Azadlıq partiyası”nın namizədi Norbert Hoferi qabaqlayıb.

Namizədlər arasında fərq cəmi 31 min səs təşkil edib. Seçkilərdə 4,6 milyon seçici iştirak edib.

Prezident seçkilərində qələbə qazanmış Aleksander Van der Bellenin inauqurasiya mərasimi iyulun 8-də keçiriləcək. Qeyd edək ki, ölkənin hazırkı prezidenti Haynts Fişer 2004-cü ildən indiyədək bu postu tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR