DİN QHT rəhbərinin törətdiyi yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb

DİN QHT rəhbərinin törətdiyi yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb
# 20 avqust 2016 11:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) QHT sədrinin törətdiyi yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da saat 19.00 radələrində Beyləqan rayonunun Əlinəzərli kəndində Bakı şəhər sakini Nazir Quliyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.


Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, N. Quliyev Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR