Avropa İttifaqı Gürcüstanla Assosiasiya Sazişinin ratifikasiya prosesini başa çatdırıb

Avropa İttifaqı Gürcüstanla Assosiasiya Sazişinin ratifikasiya prosesini başa çatdırıb
# 23 may 2016 22:12 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Avropa İttifaqı Gürcüstanla Assosiasiya Sazişinin ratifikasiya prosesini başa çatdırıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan XİN-dən bildirilib.

Məlumata görə, Aİ Xarici İşlər Şurası Gürcüstanla Aİ arasında tərəfdaşlıq haqqında müqavilənin ratifikasiya prosedurlarının bağlanması barədə qərar qəbul edib.

XİN-dən bildirilib ki, iyulun 1-dən Gürcüstan rəsmi şəkildə Avropa İttifaqı ilə münasibətlərin yeni bir mərhələsinə başlayacaq. “Ümidvarıq ki, Assosiasiya Sazişi Gürcüstanın inkişaf yolunda vacib bir addımdır. Bu sənəd, həmçinin Gürcüstanın gələcəyi, islahatların və investisiyaların həyata keçirilməsi üçün güclü stimul verir”, Gürcüstanın xarici işlər nazirliyinin şərhində bildirilib.

Xarici işlər idarəsi qeyd edib ki, Assosiasiya Sazişi rəsmi şəkildə hüquqi çərçivə əsasında Gürcüstanın Avropa İttifaqı ilə tam yeni, yüksək səviyyədə əməkdaşlığını müəyyən edəcək.

Xatırladaq ki, Gürcüstanla Aİ Assosiasiya Sazişi 2014-cü il, 27 iyunda imzalanıb və müvəqqəti olaraq 1 sentyabr 2014-cü ildən fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR