Bakı - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş " PricewaterhouseCoopers" ("PwC") şirkəti müsabiqənin qalibi müəyyən edilib və ARDNF haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan prezidenti tərəfindən fondun 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.