Bu il dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın həcmi azalıb

Bu il dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın həcmi azalıb
# 18 may 2016 12:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-aprel ayları ərzində 4,6 mln. ton yük, 581,7 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,5% və 21,3% azalma müşahidə olunub.

Bundan başqa, orta hesabla sutkada 414 vaqon yüklənib, 389 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,3 min ton, qərb istiqaməti üzrə 4,4 min ton, cənub istiqaməti üzrə isə 1,5 min ton yüklənmə işi yerinə yetirilib.

Ümumilikdə nəqliyyat sektorunda qeyd olunan dövr ərzində yükdaşımanın 7,0%-i dəmir yolu nəqliyyatının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR