Bakı. Şəhriyar Əlizadə - APA. Narkotik alverində təqsirləndirilən İlham Güləliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.
APA-nın məlumatına görə, apellyasiya şikayəti əsasında məhkəmə prosesi mayın 11-də başlayacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Güləliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının azaldılması barədə şikayətlə məhkəməyə müraciət edib.
O, Bakı Şəhər Baş Polis İdarəsinin Qaradağ Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı tutulub. Ondan 3 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.