Portuqaliyada turistləri daşıyan təyyarə qəzaya uğrayıb

Portuqaliyada turistləri daşıyan təyyarə qəzaya uğrayıb
# 19 iyun 2016 23:20 (UTC +04:00)

Bakı-APA. Portuqaliyanın cənubunda turistləri daşıyan yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Ferreyra-du-Alenteju kommunasında baş verib.

Qəza nəticəsində təyyarənin pilotu ölüb, 6 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb. Hazırda hadisə yerində polis və xilasedicilər işləyir. Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR