Dələduzluqda təqsirləndirilən jurnalistin məhkəməsi davam etdirilib

Dələduzluqda təqsirləndirilən jurnalistin məhkəməsi davam etdirilib
# 13 may 2016 12:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham akını elan edib. A. Cəfərli ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Prosesdə zərərçəkən şəxs qismində Zahid Xəlilov və İslam İslamov çıxış edib. Onlar ifadələrində Abuzər Cəfərova oğlanlarını işə düzəltmək üçün pul verdiklərini deyiblər.

Abuzər Cəfərov isə çıxışında jurnalist kimi vətəndaşlara yardım etdiyini bildirib.

Məhkəmə prosesi mayın 13-də davam edəcək.

Qeyd edək ki, jurnalist Abuzər Cəfərov keçən il Şamaxıda tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR