Tovuzda istifadəyə yararsız 84 ədəd top mərmisi başlığı aşkarlanıb

Tovuzda istifadəyə yararsız 84 ədəd top mərmisi başlığı aşkarlanıb
# 18 aprel 2016 10:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tovuzda istifadəyə yararsız top mərmisi 84 ədəd başlığı aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Qədirli kənd sakini Əli Sadıqova məxsus həyətyanı sahəyə baxış zamanı 84 ədəd istifadəyə yararsız top mərmisinin başlıqları tapılıb və ANAMA əməkdaşlarına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR