Səsvermə necə gedir? - seçki məntəqələrindən REPORTAJ - VİDEO

Səsvermə necə gedir? - seçki məntəqələrindən <span style="color: red;">REPORTAJ  - <span style="color: red;">VİDEO
# 01 noyabr 2015 08:10 (UTC +04:00)

Saat 8-dir. Azərbaycanın Dövlət Himni səsləndi və V çağırış Milli Məclisə seçkilər başladı. Bu seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.

Artıq ilk seçicilər məntəqəyə gəlməyə başlayıblar. Qeyd edək ki, bu gün 5 milyon 200 minə yaxın seçici öz səsvermə hüququndan istifadə edə biləcək.

1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Səsvermə prosesi online olaraq müşahidə edilir.

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsinin sədri Könül Həsənova: "Bizim məntəqənin 1298 seçicisi var. 6 namizədimiz var. Baxmayaraq ki, saat 9 olmayıb, vətəndaşlarımız seçki məntəqəsinə gəlməyə başlayıblar".

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.

Müşahidəçi Anar Şahbazov: "Bir saatdır başlayıb seçki. Hələ ki, normal gedir. Heç bir qanun pozuntusu hələ ki aşkar edilməyib".

AŞPA və MDB Parlamentlәrarası Assambleyasının müşahidә missiyasının üzvləri də 22 saylı Səbail rayon seçki məntəqəsində seçkini müşahidə edirdi.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 20 saylı seçki məntəqəsində də səhər saatlarından seçki aktivliyi müşahidə edilir.

Seçkilərdə 15 siyasi partiya birbaşa partiya olaraq, 7 partiya isə “Azadlıq-2015” seçki bloku ilə iştirak edir. Milli Məclisə seçkilərlə əlaqədar 4 təşkilat exit-poll aparır.

Səsvermə saat 19:00-da bitəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR