İmişlidə baş verən avtoqəzada 3 nəfər xəsarət alıb

İmişlidə baş verən avtoqəzada 3 nəfər xəsarət alıb
# 11 avqust 2016 23:48 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə avtomobil yoldan çıxaraq aşıb, 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Cavadxanlı kəndi ərazisində qeydə alınıb. İmişli sakini, 1995-ci il təvəllüdlü Ağayev Rauf Davud oğlu sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan rayon sakinləri, 1998-ci il təvəllüdlü Şahbazov Misir Cavid oğlu və 1999-cu il təvəllüdlü Məmmədov Zamiq Nazim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR