Şamaxıda avtomobil yolun kənarında dayanmış qadını vuraraq öldürüb

Şamaxıda avtomobil yolun kənarında dayanmış qadını vuraraq öldürüb
# 30 may 2016 07:51 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb.

“VAZ 2106” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənarda dayanan qadını, Çuxuryurd kənd sakini, 1951-ci il təvəllüdlü İbrahimova Şövkət Seyfəddin qızını vurub.

Ağır bədən xəsarətləri alan Şövkət İbrahimova hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR