Zərdab sakinini ilan sancıb

Zərdab sakinini ilan sancıb
# 23 iyun 2016 10:39 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab sakinini ilan sancıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çallı kəndində baş verib.

Hadisə baş verən zaman kənd sakini, 1991-ci il təvəllüdlü Pərvin Əlağa oğlu Əhmədov fərdi təsərrüfatında ot yığırdı. Ə. Əhmədov ağır vəziyyətdə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Ə. Əhmədova zəruri tibbi yardım göstərilib, hazırda onun vəziyyəti kafidir.

Qeyd edək ki, Zərdab rayonunda havanın temperaturu həddən artıq yüksək olsa da, bu il ilan sancması diaqnozu ilə ilk dəfədir xəstəxanaya müraciət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR