Bakı. Musa Əhmədov- APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, hərraca çıxarılmış vəsait 28 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.