Yanvar-sentyabr ərzində Azərbaycanda ÜDM 3,7% artıb

Yanvar-sentyabr ərzində Azərbaycanda ÜDM 3,7% artıb
# 12 oktyabr 2015 18:25 (UTC +04:00)
Bakı - APA-Economics. Yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümumi daxili məhsul 3,7% artıb.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6,4% olub, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunub: "Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68,8%-ə çatmışdır. Sənaye 2,1%, o cümlədən qeyri-neft sənayesi 10,2%, kənd təsərrüfatı 6,7%, informasiya və rabitə xidmətləri 8,8%, pərakəndə ticarət 11,4%, əhaliyə göstərilən pullu xidmətlər 6,2% artmış, inflyasiya 3,7% təşkil etmişdir".
Ş. Mustafayev bildirib ki, əhalinin gəlirlərində artım meyilləri davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 5,8%, hər nəfərə düşən gəlirlər 4,5% artıb. "Yanvar-avqust ayları ərzində orta aylıq əmək haqqı 4,4% artaraq 460 manata yüksəlmiş, 87 min yeni iş yeri açılmışdır. Qeyd etmək lazımdır ki, bütün sosial proqramlar uğurla yerinə yetirilmişdir", - deyə nazir əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR