Tiflisdəki Cümə məscidindən oğurluq edən azərbaycanlı saxlanılıb

Tiflisdəki Cümə məscidindən oğurluq edən azərbaycanlı saxlanılıb
# 04 dekabr 2015 13:11 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtındakı Cümə məscidindən oğurluq edən azərbaycanlı saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, polis tərəfindən həyata keçirilən operativ-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Elbrus E. yaxalanıb. Onun Poniçala (Soğanlıq) kəndindəki evindən oğurladığı kompüter aşkar edilərək götürülüb.

Gürcüstan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə qaldırılan cinayət işi çərçivəsində araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 3-də Cümə məscidindən təxminən 150 lari dəyərində olan köhnə kompüter oğurlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR