Poroşenko Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb

Poroşenko Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb
# 16 sentyabr 2015 18:35 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair fərman imzalayıb

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

“Prezident Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair fərmanı imzalayıb. Yaxın zamanlarda fərman dövlət başçısının saytında yerləşdiriləcək”, deyə S.Tseqolko bildirib.

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının genişləndirilmiş sanksiya siyahısında Rusiyanın 400-dən çox fiziki və 90 hüquqi şəxsi yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR