Vəkil: "Şirin Abbasov BMCMİ-də saxlanılır"

 Vəkil: "Şirin Abbasov BMCMİ-də saxlanılır"
# 17 sentyabr 2015 14:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Meydan TV”nin əməkdaşı Şirin Abbasov (Tire) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə APA-ya məlumat verən Ş. Abbasovun vəkili Elçin Sadıqovun müdafiə etdiyi şəxslə görüşə bilmədiyini deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə Ş. Abbasovun saxlanılması barədə hər hansı məlumatın olmadığını deyib.

Qeyd edək ki, sentyabrın 16-da “Meydan Tv”nin əməkdaşı Şirin Abbasov yoxa çıxıb. Onu da qeyd edək ki, “Meydan Tv” ilə əməkdaşlıq edən Aytac Əhmədova da sentyabrın 16-da polis əməkdaşları tərəfindən saxlanılaraq dindirilib, daha sonra sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR