Sentyabrın 28-də “Şahdağ” Turizm İnformasiya Mərkəzinin açılışı olacaq

Sentyabrın 28-də “Şahdağ” Turizm İnformasiya Mərkəzinin açılışı olacaq
# 17 sentyabr 2015 08:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 28-də Bakıda “Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mərkəz Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək.

Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, rəsmilər və turizm ictimaiyyəti iştirak edəcək.

Qeyd edək ki, mərkəzdə otel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarə sifarişi və paket təkliflər əldə etmək xidmətləri təklif olunacaq. Müştərilər şirkətə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib sifariş verə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR