Ankarada törədilən partlayışla bağlı təqsirləndirilən şəxslərdən 4-ü həbs olunub

Ankarada törədilən partlayışla bağlı təqsirləndirilən şəxslərdən 4-ü həbs olunub
# 19 oktyabr 2015 08:39 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 10-da Ankarada mitinqdə törədilən partlayışla bağlı saxlanılan 11 nəfərdən 4-ü barəsində həbs-qətimkan tədbiri seçilib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 102 nəfərin ölümü ilə nəticələnən partlayışı törətməkdə təqsirləndirilən şəxslərlə bağlı məhkəmə qərarı bu gün verilib. Həmin şəxslərdən 4-ü həbs olunub, ikisi isə polis nəzarətində saxlanmaq şərti ilə sərbəst buraxılıb. Digər şəxslər azad olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR