“Türkiyə Hava Yolları” Şarm Əl-Şeyx şəhərinə bütün reysləri noyabrın 16-dək təxirə salıb

“Türkiyə Hava Yolları” Şarm Əl-Şeyx şəhərinə bütün reysləri noyabrın 16-dək  təxirə salıb
# 09 noyabr 2015 19:17 (UTC +04:00)

Bakı-APA. “Türkiyə Hava Yolları” aviaşirkəti Şarm Əl-Şeyx şəhərinə bütün reysləri noyabrın 16-dək təxirə salıb. APA-nın məlumatına görə, bu barədə şirkətin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumatda bildirilir ki, təhlükəsizliyin təmin olunmasında yaranan problemlər uçuşların dayandırılmasına səbəb olub.

Bundan əvvəl “Türkiyə Hava Yolları” Şarm Əl-Şeyx şəhərinə gecə saatlarında uçuşlara məhdudiyyət qoyub.

Xatırladaq ki, “Airbus A321”un qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR