İranda baş verən ağır yol qazası nəticəsində 5 nəfər ölüb, 17 nəfər xəsarət alıb

İranda baş verən ağır yol qazası nəticəsində 5 nəfər ölüb, 17 nəfər xəsarət alıb
# 09 dekabr 2015 22:05 (UTC +04:00)

Tehran.Süleyman Fərzəliyev-APA. İranın Səravan-Xaş magistiral yolunda 5 minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 17 nəfər ağır xəsarət alıb.

APA-nın İran bürosunun verdiyi məlumata görə, hadisə Sistan-Bəluçestan vilayətinin Səravan bölgəsində baş verib.

Vilayətin yol polis rəisi Əyyub Şərafəti bildirib ki, Saravan bölgəsi sərhədə yaxın olduğundan burada qaçaqmalçılıq hallarına tez-tez rast gəlinir: “Qaçaqmalçılar polisin əlinə düşməsinlər deyə maşınları sürətlə idarə edir, nəticədə də bu cür xoşagəlməz hadisələr və tələfatlar olur”.

Polis rəisinin bildirdiyinə görə, Səravan və Xaş bölgəsində əsasən Əfqanıstan və Pakistan vətəndaşları qaçaqmalçılıqla məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR