ABŞ-da naməlum şəxs tərəfindən girov götürülən uşaqlar azad olunub - YENİLƏNİB

ABŞ-da naməlum şəxs tərəfindən girov götürülən uşaqlar azad olunub  - <span style="color: red;">YENİLƏNİB
# 05 yanvar 2016 13:59 (UTC +04:00)

APA-nın NBC-yə istinadən verdiyi məlumata görə, uşaqları girov götürən şəxs öz boynuna bıçaqla xəsarət yetirdikdən sonra polis əməkdaşları əməliyyatı uğurla keçirə biliblər.

Həmin şəxs xəstəxanaya aparılıb, uşaqlar arasında xəsarət alan olmayıb.

NBC telekanalının məlumatına görə, uşaqların girov götürülməsinə səbəb məişət zəminində münaqişə səbəb ola bilər.

*** 16.41

Bakı – APA. ABŞ-da hoteldə naməlum şəxs tərəfindən 11 uşaq girov götürülüb.

APA-nln “NBC News”a istinadən verdiyi məlumata görə, hadisə Atlanta (Corciya ştatı) şəhəri yaxınlığında baş verib.

Uşaqların bir kişi tərəfindən girov götürüldüyü ehtimal olunur. Uşaqların 3 ay-17 yaş arasında olduğu bildirilir.

Hadisə yerində xüsusi təyinatlılar, polis və xilasedicilər işləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR