Həzi Aslanovun xatirə mərasimi keçirilib

Həzi Aslanovun xatirə mərasimi keçirilib
# 22 yanvar 2016 17:32 (UTC +04:00)

Bakı-APA. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 22-də Müdafiə Naziriliyinin xüsusi təyinatlı təhsil müəssisələrində qəhrəmanın xatirəsinin anma mərasimi keçirilib.

Cəsur sərkərdə Həzi Aslanovun abidəsi önünə gül dəstələri qoyulub, generalın xatirəsi hörmət və ehtiramla yad edilib. Sonda hərbi təhsil ocaqlarının zabit, müəllim və kursant heyəti Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən "Mən sizi dünyalar qədər sevirdim" bədii filminə tamaşa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR