Səfir: “Gələn il ABŞ prezidentinin Ukraynaya səfəri baş tuta bilər”

Səfir: “Gələn il ABŞ prezidentinin Ukraynaya səfəri baş tuta bilər”
# 08 dekabr 2015 02:33 (UTC +04:00)

Bakı-APA. 2016-cı ildə ABŞ prezidenti Barak Obamanın Ukraynaya rəsmi səfəri baş tuta bilər.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bəyan edib.

“Düşünürəm ki, gələn il ABŞ prezidentinin Ukraynaya səfəri baş tutmalıdır. ABŞ dövlət başçıları bundan əvvəl də Ukraynaya gəlib. Səfərlə bağlı müəyyən işlər görülür. Lakin bu məsələ, təbii ki, gələn ilin gündəminə daxildir”, deyə V.Çalıy bildirib.

Səfir qeyd edib ki, Ukrayna-ABŞ münasibətləri 20 il ərzində bugünkü kimi sıx və dərin olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR