Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb, əksər yerlərdə qar və sulu qar yağıb

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb, əksər yerlərdə qar və sulu qar yağıb
# 02 yanvar 2016 08:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan ərazisində faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, dekabrın 30-u günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunub, şimal-qərb küləyi əsib.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunmaqdadır, əksər rayonlarda yağıntı qar və sulu qar şəklindədir.

Dekabrın 30-dan başlayaraq bölgələrdə qarlı hava şəraiti müşahidə olunur.

Ümumiyyətlə, Böyük Qafqaz rayonu ərazisində yağıntı intensiv xarakterli olub, əsasən qar şəklindədir. İndiyə qədər Quba-Qusar rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 85 sm, Quba rayonunun Xınalıq kəndində 82 sm, Qəbələdə 41 sm, Şəkildə 39 sm, Zaqatalada 29 sm təşkil edir.

Daşkəsən-Gədəbəy zonasında qarın hündürlüyü 22-50 sm, Qazax-Gəncə zonasında 9-12 sm, Mərkəzi Aran rayonlarında isə 7-25 sm arasında dəyişir.

Lənkəran-Astara zonasında - Lerikdə qarın hündürlüyü 5 sm, Yardımlıda isə 14 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR