"Moody’s" "Xalq Bank"ın aktivlərinin keyfiyyətinin pisləşməsini proqnozlaşdırır

"Moody’s" "Xalq Bank"ın aktivlərinin keyfiyyətinin pisləşməsini proqnozlaşdırır
# 22 yanvar 2016 06:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Moody’s" beynəlxalq reytinq agentliyi "Xalq Bank" ASC-nin uzunmüddətli depozit reytinqi üzrə proqnozunu "Stabil"dən "Neqativ"ə dəyişib.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə agentliyin hesabatında qeyd olunub.

"Bankın kredit portfelinin yarısı xarici valyutanın payına düşür. Proqnozun dəyişməsinə səbəb növbəti 12-18 ay ərzində bankın kredit portfelinin təzyiqə məruz qalma ehtimalıdır. Manatın dəyərdən düşməsi bankın aktivlərinin keyfiyyətinin pisləşməsinə səbəb olacaq", - deyə hesabatda bildirilir.

Bununla yanaşı, analitiklər hesab edir ki, lazımi anda dövlət banka zəruri dəstəyi verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR