Moskvaətrafı Çerkizovo qəsəbəsində yanğın nəticəsində nənə üç azyaşlı nəvəsi ilə yanaraq ölüb

Moskvaətrafı Çerkizovo qəsəbəsində yanğın nəticəsində nənə üç azyaşlı nəvəsi ilə yanaraq ölüb
# 07 fevral 2016 00:59 (UTC +04:00)

Bakı-APA. Moskvaətrafı Puşkin rayonunun Çerkizovo qəsəbəsində fərdi evdə baş vermiş yanğın nəticəsində qadın üç azyaşlı nəvəsi ilə birlikdə yanaraq ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, yanğın söndürüldükdən sonra hadisə yerində 2012, 2013, 2015-ci il təvəllüdlü üç uşaq və onların nənəsinin yanmış cəsədləri aşkarlanıb.

Məlumata görə, hadisədən bir gün əvvəl valideynləri dördüncü uşağı Moskvaya qohumları gilə bir-neçə günlük qonaq göndəriblər.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR