Çexiya kürd silahlılarına 6 min avtomat və 10 mln patron göndərəcək

Çexiya kürd silahlılarına 6 min avtomat və 10 mln patron göndərəcək
# 13 noyabr 2015 05:04 (UTC +04:00)

Bakı-APA. Çexiya İŞİD terror qruplaşması ilə mübarizə üçün kürd silahlılarına 6 min avtomat göndərəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın müdafiə naziri Martin Stropnitski bildirib.

Nazir həmçinin gələn həftə kürd silahlılarına 5 min ədəd qumbara və 10 mln patron göndərəcəyini qeyd edib.

Kürd silahlı dəstələr üçün nəzərdə tutulmuş yük ABŞ və Britaniya təyyarələri ilə ünvana çatdırılacaq.

Stropnitski silah-sursatın Suriyaya və ya İraqa göndəriləcəyini dəqiqləşdirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR