Xarici QHT-nin layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycanın gələn il dövlət büdcəsindən vəsait ayrılmayacaq

Xarici QHT-nin layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycanın gələn il dövlət büdcəsindən vəsait ayrılmayacaq
# 26 noyabr 2015 08:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Biz 2016-cı ildə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmasını istəməyəcəyik”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən QHT-lərin Ümumrespublika Forumunda çıxış edən Şura sədri Azay Quliyev deyib.

A. Quliyev bildirib ki, 2015-ci ildə də Şura xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması üçün müraciət etməyib: "2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədi ilə ayrılan vəsaitə qənaət edilib və 1 milyon 927 min 788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb. Buna görə də 2016-cı ildə də Şura xarici QHT-lərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmasın istəməyəcək və dövlət büdcəsində bu məqsədlə vəsait ayrılmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR