Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Aprel

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Aprel
# 11 aprel 2016 18:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

“Dördgünlük müharibə”də ermənilərin yüzlərlə itki verməsi təkzibolunmaz faktdır. Ermənistan Müdafiə Nazirliyinin bugünədək əməliyyatlarda öldürülmüş 61 hərbçinin adının açıqlaması üç məqsədə hesablanıb. Birincisi, birdən-birə öldürülmüş yüzlərlə hərbçinin adının açıqlanması cəmiyyətdə partlayış effekti doğurar və ölkədə nəticələri proqnozlaşdırılmayan hadisələr baş verə bilər. İkincisi, erməni tərəfi itkiləri əvvəl-axır açıqlayacağını bilir, bunu mərhələli şəkildə etməklə cəmiyyətdəki gərginliyi azaltmağa, kütlənin reaksiyasını korşaltmağa çalışır. Üçüncüsü, meyitlərin sayının hissə-hissə açıqlanması Azərbaycanı atəşkəsə riayət etməməkdə suçlamaq imkanı verir. Amma məqsəddən asılı olmayaraq nəticə birdir - ermənilər itkiləri gizlədə bilməyəcəklər və əvvəl-axır hamısının adını açıqlamalı olacaqlar. Bu, qaçılmazdır və ən azı bir həftə sonra hamımız bunun şahidi olacağıq.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR