SKMF Qaxda 30-dan çox sahibkara 330 min manat güzəştli kredit verib

SKMF Qaxda 30-dan çox sahibkara 330 min manat güzəştli kredit verib
# 14 aprel 2016 09:29 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunun Zəyəm kəndində işgüzar forum keçirib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, forumda 70-ə yaxın sahibkar iştirak edib.

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 380-ə yaxın sahibkara 40,2 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ş. Abdullayev əlavə edib ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 96,6 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

Forum çərçivəsində Qax və ətraf rayonlardan olan 32 sahibkara 330 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq, mineral su, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 50-yə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR