OPEK ölkələri və quruma üzv olmayan ölkələr arasında görüş martın 20-dən aprelin 1-dək keçirilə bilər

OPEK ölkələri və quruma üzv olmayan ölkələr arasında görüş martın 20-dən aprelin 1-dək keçirilə bilər
# 04 mart 2016 22:47 (UTC +04:00)

Bakı-APA. Rusiyanın, OPEK ölkələrinin və neft istehsalçısı olan digər ölkələr arasında görüş martın 20-dən aprelin 1-dək keçirilə bilər. Görüşün Rusiya şəhərlərindən birində, Doha və ya Vyanada keçirilməsi variantları müzakirə olunur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

“Konkret tarix hələlik müəyyən edilməyib, görüş martın 20-dən aprelin 1-dək keçirilə bilər. Biz OPEK ölkələrindən və OPEK-ə üzv olmayan ölkələrdən həmkarlarımızı, energetika nazirlərini qəbul etməyə hazırıq”, - deyə nazir bildirib.

“Hesab edirik ki, aparılan iş bazarın sabitləşdirilməsi, bazardakı vəziyyəti anlamaq nöqteyi-nəzərdən müsbət nəticə verir”, - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR