İsveçrə şirkəti Sumqayıt Kimya Sənaye Parkına 5 mln. dollar yatırmaq niyyətindədir

İsveçrə şirkəti Sumqayıt Kimya Sənaye Parkına 5 mln. dollar yatırmaq niyyətindədir
# 10 mart 2016 12:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İsveçrənin SIKA şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almaq niyyətindədir.

APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının iclasında bildirilib.

Şirkət sənaye parkının ərazisində tikinti qarışıqları istehsal etməyi planlaşdırır. İlkin olaraq 5 mln. dollar investisiya qoymağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR